Gəncədə bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 24-də saat 23 radələrində Gəncə şəhərinin Cavadxan qəsəbəsi ərazisində baş verib. Bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.