Gəncədə keçmiş məhkum "Kalaşnikov"la tutuldu
18 fevral 2023 15:09 (UTC +04:00)

Gəncədə keçmiş məhkum "Kalaşnikov"la tutuldu

Gəncə sakini odlu silahla saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyevdən nömrəsi silinmiş “AKM” markalı avtomat silahı və 1 ədəd patron götürülüb.

# 2370
avatar

Oxşar yazılar