Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.
1986-cı il təvəllüdlü Alim Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin ehtimala görə, o tanımadığı şəxs tərəfindən bıçaqanıb.
Faktla bağlı araşdırma aparılır. /APA