Gəlinini öldürən qayınana qızıl alarkən  saxlanıldı
19 oktyabr 2024 17:49 (UTC +04:00)

Gəlinini öldürən qayınana qızıl alarkən saxlanıldı

Türkiyədə gəlinini tapança ilə vurub öldürən qayınana qızıl mağazasında saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2 il əvvəl Bursa şəhərinin Yenişəhər qəsəbəsində baş verib. 46 yaşlı Gövhər Yeksel tapança ilə gəlinini vuraraq öldürüb. Məhkəmə əvvəlcə onun barəsində 15 aylıq həbs cəzası təyin edib. Sonra isə başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb.

Məhkəmənin yekun qərarında qadına 7 il 6 ay azadlıqdan mərhumetmə cəzası seçilib. Bunu eşidən qayınana qəsəbədən Bursa şəhər mərkəzinə qaçıb. O, polisin keçirdiyi əməliyyat tədbirlərilə şəhər ərazisindəki qızıl dükanlarında zinət əşyası alarkən saxlanılıb.

Cinayətkar qayınana ifadəsində guya şəhərə qohumunun toyuna qızıl almaq üçün gəldiyini deyib. O, saxlanılaraq cəzaçəkmə müəssisəsinə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar