Fərhad Hacıyevə AĞIR CƏZA
30 yanvar 2025 11:40 (UTC +04:00)

Fərhad Hacıyevə AĞIR CƏZA

Bakıda vətəndaşa qarşı quldurluqda təqsirləndirilən Fərhad Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı Eldar Həmzə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

Məhkəmə heyəti müşavirəyə gedib qayıtdıqdan sonra hökm elan edilib. 

Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193

Oxşar yazılar