Əvvəl bıçaqladı, sonra maşınla üstündən keçdi - Şamaxıdakı qətlin ŞOK TƏFƏRRÜATI  - YENİLƏNİB
13 sentyabr 2024 15:33 (UTC +04:00)

Əvvəl bıçaqladı, sonra maşınla üstündən keçdi - Şamaxıdakı qətlin ŞOK TƏFƏRRÜATI - YENİLƏNİB

Bu gün Şamaxıda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya xəsarət yetirməkdə və 45 yaşlı Əliağa Hüseynovu öldürməkdə şübhəli bilinən Elbrus Şeydayevlə bağlı yeni detallar məlum olub.

Lent.az İTV-yə istinadən xəbər verir ki, mərhumun anası bildirilib ki, E.Şeydayev hər gün arvadını döyürmüş:

"Bıçağı hər gün qızın boğazına dirəyirdi. Mesajları da var, deyir ki, səni də, ata və ananı da öldürəcəyəm. Oğlana dedim ki, istəmirsənsə, boşan. Oğlum qızına sahib çıxdı deyə kürəkəni onu öldürdü".

Daha ətraflı İTV-nin materialında:

***

saat 08:54

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Lent.az xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb. 

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.

Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


***
08:09

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Şeydayev Elbrus saxlanılıb.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Oxşar yazılar