Evsizləri  öldürən manyak həbs olundu
05 fevral 2025 12:50 (UTC +04:00)

Evsizləri öldürən manyak həbs olundu

Rusiyanın paytaxtı Moskvada bir nəfər 2011-ci ildə üç nəfərin qətlində təqsirli bilinib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu səs-küylü cinayətlər üzrə istintaq Xüsusi mühüm işlər üzrə şöbə tərəfindən aparılıb.

İstintaqçılar Butovo Meşə Parkında üç evsizin öldürüldüyünü öyrəniblər. Onların hər biri ağacla döyülüb. Yalnız bu yaxınlarda cinayəti törədənin kimliyi məlum olub.

Müstəntiqlərin fikrincə, o, qurbanları qəsdən özünə cəlb edib və öldürüb. Manyak 22 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar