Ermənistanda silahlılar sərnişin avtobusuna hücum etdi
21 oktyabr 2023 18:14 (UTC +04:00)

Ermənistanda silahlılar sərnişin avtobusuna hücum etdi

Ermənistanda sərnişin avtobusuna hücum olub.

Lent.az erməni mediasına istinadla bildirir ki, hadisə İrəvanın Ajapnyak rayonu Arzumanyan küçəsində baş verib. Naməlum şəxslər 18 saylı avtobusa tapançadan atəş açıblar.

Polisin media ilə əlaqələr şöbəsinin rəisi Zarzand Qabrielyanın verdiyi məlumata görə, hadisə ilə bağlı siqnal günorta saatlarında daxil olub.

“Avtobusun arxa şüşəsi zədələnib, itki yoxdur”, - Qabrielyan bildirib.

Araşdırmaya başlamaq üçün sənədlər hazırlanır.

Qeyd edək ki, avqust ayında da Ajapnyak rayonunda 18 nömrəli marşrut avtobusuna atəş açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Oxşar yazılar