Ərini, oğlunu və rəfiqəsini BALTALADI
07 mart 2025 12:00 (UTC +04:00)

Ərini, oğlunu və rəfiqəsini BALTALADI

Başqırdıstanda ərini öldürməkdə təqsirli bilinən 58 yaşlı qadın oğlunu və dostunu da eyni şəkildə öldürdüyünü etiraf edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, İstintaq Komitəsi və polisin birgə yaydığı məlumata görə, respublikanın Blaqoveşenski rayonunun sakini ilk cinayətini hələ 90-cı illərdə ərini balta ilə vuraraq öldürüb. İndi o, öz oğlunun və dostunun qətlini də etiraf edib.

Sonuncu cinayət 20 il ərzində açılmamış qalıb. Bütün qurbanlar, qeyd edildiyi kimi, eyni şəkildə öldürülüb: qadın onların başına balta vurub, sonra isə cəsədi yandırıb.

Qadın 1994-cü ildə ərini öldürməkdə təqsirli bilinib - sonra məhkəmə onu üç il müddətinə azadlıqdan məhrum edib.

O, 2024-cü ilin noyabrında ailədaxili fikir ayrılıqları səbəbindən oğlu ilə münaqişə yaşayıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, oğlunu itələyib yıxaraq ölümcül xəsarət yetirib. Cinayətin izlərini gizlətmək istəyən qatil ana evi yandırıb. Lakin müstəntiqlər onun oğlunu balta ilə öldürdüyünü müəyyən edə biliblər.

Həbs edilən qadın daha bir qətli etiraf etmək qərarına gəlib. 2005-ci ildə 45 yaşlı rəfiqəsini ziyarət edərkən o, spirtli içki qəbul edib və ev sahibəsinə balta ilə bir neçə ölümcül zərbə endirib. Daha sonra divanda olan yorğanı yandıraraq, gözdən itib.

Qadın iki nəfəri qətlə yetirməkdə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290

Oxşar yazılar