Ər-arvad fermeri öldürüb içərisi milyonlarla dolu seyfi  oğurladı
21 fevral 2024 12:03 (UTC +04:00)

Ər-arvad fermeri öldürüb içərisi milyonlarla dolu seyfi oğurladı

Rusiyanın İrkutsk vilayətində ər-arvad bir fermerin qətliamına görə mühakimə olunacaqlar.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, istintaqın məlumatına görə, 2023-cü il aprelin 24-də axşam saatlarında Qolumet kəndində 33 yaşlı kişi evində 65 yaşlı ferma rəhbərinə ov tüfəngindən bir neçə dəfə atəş açıb. Təqaüdçü yerindəcə keçinib. Olaydan sonra müttəhim zərərçəkənə məxsus qızıl-zinət əşyaları və içərisində 2,7 milyon rubl (təxminən 49 min 680 manat) olan seyfi oğurlayıb. Qeyd olunur ki, həmin vaxt təqsirləndirilən şəxsin 38 yaşlı həyat yoldaşı cinayətkarların qaçdığı saxta nömrəli avtomobildə küçədə gözləyib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə cinayətkarların şəxsiyyətini müəyyənləşdirə biliblər. Onlar yaşadıqları yerdə saxlanılıb və axtarış aparılıb. Nəticədə təhlükəsizlik qüvvələri tərəfindən gülləkeçirməz jilet, bir neçə dövlət qeydiyyatı olmayan silah, müxtəlif çaplı döyüş sursatları, doqquz mobil telefon və balaclava maskası, habelə oğurlanmış bəzi əşyalar aşkar edilib.

Faktla bağlı 3 maddə ilə cinayət işi başlanıb. İş məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Oxşar yazılar