Türkiyədə ər boşanma əsnasında olan arvadını öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbulda, Turqutrəis məhəlləsində qeydə alınıb. 45 yaşlı Serdar Semiz küçədə boşanma ərəfəsində olduğu arvadı 37 yaşlı Canan Semizi odlu silahla qətlə yetirib.
Daha sonra o, baldızı Ülkü Uza Canan öldü mesajını göndərib.
Ülkü Uzun sözlərinə görə, onun bacısı qızı 16 yaşlı S.S Serdarın qardaşları Gökhan və Sezer tərəfindən istismar edilib. Qətl isə naməlum şəxsin Serdara zəngindən sonra baş verib. Belə ki, kimsə, Serdara zəng edərək, arvadı haqqında mənfi məlumatlar verib. O da əsəbi halda odlu silahla küçəyə çıxaraq, arvadını öldürüb.
Serdar Semiz saxlanılıb. Araşdırmalar davam edir.