Dostunun oğlunu  girov götürüb pul istədi
01 iyul 2023 15:28 (UTC +04:00)

Dostunun oğlunu girov götürüb pul istədi

Primorsk diyarında dostu və onun azyaşlı oğlunun tutulması işində əvvəllər dəfələrlə məhkum olunmuş şəxs saxlanılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Xasan rayonunun Vityaz kəndində baş verib. 37 yaşlı yerli sakin polisə müraciət edib ki, tanışı gecə saatlarında istirahət mərkəzində onu 14 yaşlı oğlu ilə birlikdə arbaletlə hədələyərək qanunsuz olaraq saxlayıb. Məlum olub ki, cinayətkar yeniyetməni əvvəlcə meşəyə apararaq, ağaca bağlayıb və daha sonra bununla atasını şantaj edib, həmçinin pul tələb edib.

Oğlan qaça bilib, şübhəli isə daha sonra qaçıb. Qeyd olunur ki, onun əvvəllər zərərçəkmişlə əmlak mübahisəsi olub. Polis cinayətkarın yerini müəyyən edərək şöbəyə aparıb. Saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127-ci maddəsinin (“Qanunsuz azadlıqdan məhrum etmə”) 2-ci hissəsinin “d,e” bəndi ilə cinayət işi açılıb.

# 2427
avatar

Oxşar yazılar