Sverdlovsk vilayətində yaşayan qadın tanışını qətlə yetirməkdə və hadisə şahidini öldürməyə cəhddə təqsirli bilinib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 və 30-cu maddələri ilə ümumi rejimli koloniyada 15 il müddətinə azadlıqdan məhrum edilib.
Müstəntiqlərin bildirdiyinə görə, o, dostunun evinə qonaq gedib və spirtli içki qəbul edib. Daha sonra mətbəx bıçağı ilə ev sahibini bir neçə dəfə bıçaqlayıb. Nəticədə zərərçəkən ölüb. Həmçinin hadisə barədə polisə məlumat verməmək üçün otaqda başqa bir kişini də öldürməyə çalışıb.