Türkiyədə kişi keçmiş arvadını və qızı öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Seydişəhər qəsəbəsində baş verib. Diş həkimi Bekir Doğan 3 ay əvvəl boşandığı 35 yaşlı Ayşe Gezerin evinə gedib. Burada o, Gezeri və 17 yaşlı qızı Gözde Nur Doğanı tapança ilə vuraraq öldürüb.
Daha sonra o, meyitlərin yanında dayanaraq, polisin gəlməyini gözləyib. Qonşuların verdiyi məlumat əsasında gələn polislər Bekir Doğanı saxlayıb.
Araşdırma aparılır.