Dərədən tapılan qız meyitləri – “Cinsi əlaqədə olmaq istəyirdim” – Cinayət DOSYESİ
08 aprel 2022 20:15 (UTC +04:00)

Dərədən tapılan qız meyitləri – “Cinsi əlaqədə olmaq istəyirdim” – Cinayət DOSYESİ

Cinayət DOSYESİ – 008

Əvvəlki yazı

Qatillərin cinayəti törədərkən hansı hiss yaşadığını öyrənmək marağı 15 yaşlı qıza o qədər güc gəldi ki... Bu maraq onu bir körpənin qatilinə çevirdi... 14 yaşlı edam məhkumu – Taleyin qara gəlişi, uğursuz başlanğıclar...

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində bu dəfə də sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim edirik.

“Qatillərin necə hiss etdiyini öyrənmək istəyirdim”

Alice Bustamantın hekayəsi çoxlarını kədərləndirib.  O acımasızlığı ilə bütün dünya mətbuatının diqqətini çəkmişdi. Ömrünün ən gözəl çağında, 15-ci ilində qatil oldu. Özü də nə üçün? Cavab daha kədərlidir: “Qatillərin necə hiss etdiyini öyrənmək istəyirdim”.

Alice Bustamant

15 yaşlı qız kiçik qonşusunu öldürərək meyiti gizlədib.

Alice Bustamant qətl üçün böyük plan qurub. Və ən əsası da cinayəti törətməyin doğru vaxtını seçmək üçün xeyli gözləyib. Qətli əvvəlcədən planlaşdırıb və 2009-cu il oktyabrın 21-də qonşu qızı müqavimətsiz vəziyyətdə tapa bilir. Əvvəlcə ona hücum edib və boğmağa başlayıb, sonra bıçaqla boğazını kəsib. Bununla da ürəyi soymayıb, qurbanını bıçaqlamağa başlayıb. Və o zaman qurbanının cəmi 9 yaşı var idi.

Balaca Elizabetin yoxa çıxmasından sonra polis axtarışlara başlayır. Bu zaman ip ucları Alice gedib çıxır. Polis yeniyetməni dindirəndən sonra artıq cinayət işi ilə bağlı etiraflar gəlir. O, qətlə yetirdiyi 4-cü sinif şagirdinin cəsədini harada gizlətdiyini söyləyir.

Alice Bustamant

Cəsəd meşəlik ərazidən tapılır. 15 yaşlı qızın bu cür planlı qaydada qətl törətməsi, sonradan cəsədi məharətlə gizlətməsi ətrafdakıları şoka salmışdı.

14 yaşında elektrik kürsüsündə ölüm cəzasına məhkum edilir

1944-cü il iyunun 16-da ABŞ-da rekord qırıldı. Hamı bu xəbəri həyəcanla izləyirdi və eyni zamanda lənətləyirdi. 14 yaşında artıq adı cinayətə qarışmış oğlan bütün ölkənin gündəmi olmuşdu. Və...

Corc Stinni

Corc Stinni ABŞ-da edam edilən ən gənc insan oldu. Nədə günahlandırılırdı o? Corcun törətdiyi cinayəti eşidənlərdən çoxunun qanı donurdu.  

Dərədə tapılan iki qız cəsədi vardı. On bir yaşlı Betti Jun Binniker və səkkiz yaşlı Meri Emma Temisin soyuq bədəni ortamı sanki dondurmuşdu.

Corcu yaxalamaq çətin olmadı. O əvvəlcə cinayət əməlindən yayınmağa çalışırdı. Sonra bunun mənasız olduğunu görüb etiraflara başladı. Onun ifadələrinə sakit qulaq asmaq çətin idi. O, cinayət əməllərini etiraf edəndə söyləyir ki, əvvəlcə fikri 11 yaşlı Betti ilə cinsi əlaqədə olma imiş. Lakin sonradan hadisə qətlə çevrilir.

Müstəntiqlər Corcu birinci dərəcəli qətldə ittiham etdilər. Ona heç bir güzəşt edilmir. Məhkəmədə günahkar elan edilir və... Hakim ən sərt qərarı verir. Corc 14 yaşında elektrik kürsüsündə ölüm cəzasına məhkum edilir. Hökm Cənubi Karolina ştatında icra edilib.

Corc Stinni

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27513
avatar

Cavidan HUN

Oxşar yazılar