Qızının faciəsindən pul qazanan FAHİŞƏ ANA  – Dünyanı şoka salan CİNAYƏT
31 mart 2022 20:15 (UTC +04:00)

Qızının faciəsindən pul qazanan FAHİŞƏ ANA – Dünyanı şoka salan CİNAYƏT

Cinayət DOSYESİ – 007

Əvvəlki yazı

4 yaşında qızını öz müştərilərinə satan fahişə, 3 yaşlı uşağı sınıq qayçı ilə işgəncə verərək öldürən qızcığaz, 10 yaşında ömürlük həbsə məhkum olan oğlanlar... Bunları eşitmək belə çətindir elə deyilmi?  Qulağa dəhşətli gəlir.

Ümumiyyətlə, bütün qətl hadisələri insanları dəhşətə salır, elələri var ki, hətta onları eşidəndə qanın donur, amma hələ bunlardan da pisi var. Uşaqların qatilə çevrilməsi...

Uşaq niyə qatil olsun ki? İnsan ömrünün ən məsum çağlarında necə adam öldürə bilər?

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində bu dəfə sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim edəcəyik.

Atasını örnək alıb qatil oldu

11 yaşında artıq iki qətl törətmişdi. Söhbət Böyük Britaniyanın tarixində ən “məşhur” qızlarından biri olan Meri Belldən gedir. 1968-ci ildə onun 11 yaşı var idi. O, 13 yaşlı rəfiqəsi Norma ilə birlikdə bir dəhşətə imza atır. Onlar iki aylıq fasilə ilə 4 və 3 yaşındakı oğlan uşaqlarının boğub öldürürlər.

Meri Bell

Brian Howe (3 yaş) və Martin Braunun (4 yaşında) cəsədləri ölümlərindən bir neçə gün sonra ot bağlamalarının altından tapılıb. Məlum olub ki, qızlar uşaqları öldürməklə kifayətlənməyiblər, onlara işgəncə də veriblər. Uşaqların saçları əcaib formada kəsilib, ayaqlarında iynə yerləri aşkar edilib, cinsiyyət orqanları qismən kəsilib. İşgəncələr bununla bitmir. Meri uşaqların üzərində (qarnına) kəsici alətlə imza atır - “M” hərfi.

Elə onu ələ verən də bu kəsici alət və atdığı imza olur. İstintaq zamanı o, bir cüt qırıq qayçını o qədər ətraflı təsvir edir ki... Lakin deyir ki, bu qırıq qayçılarla 3 yaşlı Braun oyun oynayırmış. Məhkəmədə qayçı Merinin günahının təkzibedilməz sübutu oldu.

Maraqlıdır 11 yaşlı qız niyə belə qəddar olub? Məlumata görə, Meri adı cinayətkar aləmdə məşhur olan Billy Bellin qızı olduğunu düşünüb. Özü üçün qatil atasını örnək alıb. Lakin sonradan bəlli olur ki, o qızın əsl atası deyil. Bu günə qədər də onun bioloji atası məlum deyil.

Merinin istintaqa verdiyi ifadə isə daha dəhşətli idi. O bildirir ki, anası Betti fahişəlik edirmiş. Və onu 4 yaşından etibarən kişilərlə, xüsusən də anasının müştəriləri ilə cinsi əlaqəyə girməyə məcbur edirmiş.

Meri Bell

Tarixin ən ağır məhkəmələrindən hesab edilən bu prosesdə bütün tərəflər məyus idi. Qanuna görə, Meri həbs cəzasına məhkum edilə bilməzdi. Məhkəmə onu nə psixiatrik xəstəxanaya, nə də ki, problemli yeniyetmələr üçün internat məktəbinə göndərə bilmirdi. Çünki bu xarakterli qızın orada qalması böyük risk idi. Sonda belə qərara gəliblər ki, Merini yetkinlik yaşına qədər asosial uşaqlar üçün xüsusi sığınacağa göndərsinlər. Bir qədər sonra isə qatil qız Mur-Kurt həbsxanasında minimal nəzarətlə saxlanılıb.

Bu hadisədə çox sarsıdıcı məqamlar var. Bunlardan ən təsirlilərindən biri də Merinin anasının qızının faciəsindən belə pul qazanması idi. O bu dəfə qızının bədənini yox, onun hekayəsini mətbuata satırdı. Özü  də dəfələrlə.

Meri həbs olunanda cəmi 11 yaşı var idi, yalnız 23 ildən sonra sərbəst buraxıldı. İndi başqa ad və soyad altında yaşayır. Bu hadisə tarixdə Meri Bell Davası kimi tanınır.

Qəssab dükanının qarşısına buraxılan körpənin qanlı sonu

Növbəti “qəhrəman”larımız qətl törədəndə Meridən də kiçik idilər. Onların üzünü görən insan heç vaxt inana bilməz ki, bu məsum baxışlı, balaca əllərin sahibi qanlı hadisə törədib. Con Venables və Robert Tompson ömürlük həbs cəzasına məhkum ediləndə onların cəmi on yaşı var idi. Onların cinayəti bütün Britaniyada şok yaratmışdı.

Con Venables

1993-cü il fevralın 12-si idi. İki yaşlı Ceyms Bulgerin anası küçədə oğlu ilə gəzərkən mağazada növbə olmadığını görür və düşünür ki, geri qayıtması çox çəkməyəcək. Körpəsini qəssab dükanının qapısına qoyub gedir. Bədbəxt ana oğlunu son dəfə görəcəyini düşünmürdü...

Robert Tompson

Həmin gün Con və Robert eyni mağazanın tinində dayanmışdılar. Hər gün olduğu kimi, yolun kənarında dayanıb öz işləri ilə məşğul idilər: insanları qarət edir, imkan düşən kimi mağazadan oğurluq edir, satıcılar onlara arxa çevirən kimi kassaya əl uzadırdılar, qovulana qədər restoranlarda oyun çıxardırdılar və s. Oğlanlar sahibsiz uşağı o dəqiqə görürlər. Uşağı qaçırıb sonradan onu itmiş kimi göstərmək istəyirlər. Con və Robert zorla uşağı dəmir yoluna qaçırılar. Orda uşağın üstünə kərpiclər və dəmir çubuqlar atırlar, vəhşicəsinə döyürlər. Bununla da qane olmayıb iki yaşlı uşağı cinsi zorakılığa məruz qoyurlar. Bu işgəncələrə dözməyən körpə ölür. Sonra bu balaca cinayətkarlar əməllərini ört-basdır etmək üçün körpəni hərəkətdə olan qatarın üstünə atılar. Hesab edirlər ki, uşağın ölümü qəza olaraq qəbul ediləcək. Ceymsin cəsədi tezliklə tapılır. Məhkəmə-tibbi ekspertizası rəy verir ki, ölüm hadisəsi qatar onun üstündən keçməmiş baş verib. Özlərini “ağıllı” hesab edən Con və Roberti də tapıb istintaqa cəlb etmək o qədər də uzun çəkmir. Beləliklə, oğlanlar ömürlük həbs cəzasına məhkum edilirlər.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13506
avatar

Cavidan HUN

Oxşar yazılar