Çox sevdiyi anasını niyə öldürdü?  - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİ
15 aprel 2022 11:30 (UTC +04:00)

Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİ

Cinayət DOSYESİ – 009

Əvvəlki yazı

Yeniyetmə oğlan dünyada ən çox sevdiyi varlığı – anasını elə amansızlıqla qətlə yetirir ki... Özü də onun sevdiyini etiraf etdikdən həmən sonra.

Yeniyetmə qızların isə daha çox adrenalin yaşasın deyə qoca qadına etdiklərini oxuyanda inanın ki, təəccübdən nə edəcəyinizi bilməyəcəksiniz.

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim etməkdə davam edirik.

Anasını bu cür öldürür: iki dəfə başının arxasından, üç dəfə üzündən və bir dəfə ürəyindən vurur – Səbəb nə idi?

Kipland "Kip" Kinkelin

Sinif yoldaşından oğurlanmış silahları almaq istəyəndə hələ uşaq idi. 15 yaşı var idi o zaman. Kipland "Kip" Kinkelin silahlara dəhşət marağı olur. Amma bu sevgisi ona baha başa gəlir. Əlində oğurluq silahla yaxalanır və bunun üçün məktəbdən qovulur. Söhbət 1998-ci ilin 20 mayından gedir. Polisdən canının asan qurtarır - cinayəti etiraf edir və gəlsin azadlıq.

Elə həmin gün günorta bir-başa evə gəlir. Evə gələn kimi isə atası ona danlayır. Deyir ki, əgər polisə hər şeyi etiraf etməsəydi, çətin ki, rahatca evə gələ bilərdi. Çox güman ki, onu qapalı internat məktəbinə göndərəcəkdilər.

Bu söz oğlanı hiddətləndirir. Saat 15:30-da Kip bir dəhşətə imza atır. O bilirdi ki, atası otağında tüfəng gizlədir. Gedib onu çıxarır və patronla doldurur. Mətbəxə keçir və orada atasını güllələyir. Saat 18:00-da ana işdən evə qayıdır. Kip anasına deyir ki, onu həyatda hər şeydən çox sevir. Və bundan həmən sonra da onu güllələyir. Özü də çox qəddar davranır. İki dəfə başının arxasından, üç dəfə üzündən və bir dəfə ürəyindən vurur. Daha sonra o, əməllərinə belə haqq qazandırmağa çalışır - valideynlərimi biabırçılıqdan qorumaq istəyirdim.

Kipland "Kip" Kinkelin

21 may 1998-ci il – evdəki qətliamın ertəsi günü Kip anasının Ford avtomobilini götürüb qovulduğu məktəbə gedir.

O, üzərindəki silahlarını gizlətmək üçün uzun su keçirməyən palto geyinir. Onun üzərində xeyli silah olub - ov bıçağı, tüfəng, iki tapança, patron.

Həmin gün onun törətdiyi vəhşilik bütün dünyaya səs salır. O, iki tələbəni öldürür, 24 nəfəri yaralayır. Qan gölünə çevrilən məktəbdə hamı dəhşət içində idi. Bəs o necə yaxalanır? Silahını yenidən doldurmaq istəyərkən bir neçə tələbə fürsəti əldən verməyib onu zərərsizləşdirə bilir.

1999-cu ilin noyabrında Kip şərti azadlığa buraxılma imkanı olmadan 111 il həbs cəzasına məhkum edildi. Hökmün elanı zamanı o, valideynlərinin və məktəbin şagirdlərinin qətlinə görə məhkəmədən üzr istəyib.

Kipland "Kip" Kinkelin həbsdə 23 il qaldıqdan sonra

***

Çay süfrəsi qan gölünə çevrilir

1983-cü illərdə 14-15 yaşlı iki qız - Sindi Collier və Şirli Volf əylənmək üçün  elə qanlı əməllər törətdilər ki, hamı bundan şokda idi. Yeniyetmə qızların dəhşətli fantaziyaları vardı. Onlar özləri üçün qurbanlar axtarmağa başlamışdılar.

Sindi Collier və Şirli Volf

İlk vaxtlar qızlar vandal həyat tərzlərinə avtomobil oğurluğu ilə başlayırlar. İnsanların mallarını talan edib bundan zövq alırlar. Lakin zaman keçdikcə bu artıq onlara əyləncəli gəlmir. Daha çox adrenalin yaşamaq istəyirlər, bunun üçün də daha çirkin əməllərə əl atırlar. Qızlar ətrafa nə qədər dəli olduqlarını göstərmək istəyirlər.

Qarşılarına çıxan tanımadıqları ilk evin qapısını döyürlər. Onlar üçün qapının yaşlı bir qadın açır. Yalnız yaşayan qadın qapıda 14-15 yaşlı iki gənc qızı görəndə xeyli sevinir. Düşünür ki, onları çay süfrəsinə dəvət etsin və masa arxasında maraqlı söhbətə başlasınlar. Qızların qorxunc niyyətlərindən xəbərsiz olan ev sahibi sevincək onları içəri dəvət edir. Qızlar əvvəlcə qarı ilə uzun-uzadı söhbət etdilər, onu maraqlı hekayələrlə əyləndirirlər.

Sindi Collier və Şirli Volf

Sonra Şirli birdən ayağa qalxır, yaşlı qadın hələ nə baş verdiyini anlamırdı. Qız onun boynundan tutub sıxmağa başlayır. Sindi isə mətbəxə gedir və bıçaq götürür. Qızlar ev sahibinə 28 bıçaq zərbəsi vururlar.

Sindi Collier və Şirli Volf

Əli qanlı qatillər hesab edirlər ki, bu cinayətlərinin də üstünü maşın oğurluqlarında olduğu kimi ört-basdır edə biləcəklər. Lakin bu dəfə belə olmur. Onlar hadisə yerindən qaçırlar. Uzun müddət gizlənə bilmirlər. Tezliklə həbs ediliblər və məhkəmə barələrində ağır cəza verir.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13446
avatar

Oxşar yazılar