Dəmiryol stansiyasında silahlı şəxs saxlanıldı
22 fevral 2023 11:12 (UTC +04:00)

Dəmiryol stansiyasında silahlı şəxs saxlanıldı

Bakıda silahlı saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşları əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Əməliyyat zamanı tutulan Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

# 2751
avatar

Oxşar yazılar