Dava zamanı kişi infarkt keçirib öldü
28 oktyabr 2023 12:02 (UTC +04:00)

Dava zamanı kişi infarkt keçirib öldü

Türkiyədə kişi dava zamanı ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhəri Karacabey qəsəbəsində baş verib. Küçədə rastlaşan 25 yaşlı Mehmet Sait ilə 54 yaşlı İbrahim M. arasında naməlum səbəbdən münaqişə yaranıb. Münaqişənin böyüməsi nəticəsində Mehmet Sait qarşı İbrahim M.-nı yumruq və təpiklə döyüb.

Zərbələrin təsirindən 54 yaşlı kişinin vəziyyəti pisləşib və qarşı tərəf təcili tibbi yardım çağırıb. Gələn həkimlər kişinin infarkt keçirdiyini müəyyən ediblər.

Bir müddət əvvəl ürəyinə stend qoyulduğu deyilən İbrahim M. xəstəxanada həkimlərin müdaxiləsinə rəğmən ölüb.

Daha sonra Mehmet Sair polisə təslim olub.

# 4353
avatar

Oxşar yazılar