Volqoqrad vilayətində gənc oğlana bıçaqla xəsarətlər yetirən çoban saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə Kotelnikovski rayonunun Semiçnı kəndindəki heyvandarlıq fermasının ərazisində baş verib. İstintaqın müəyyən etdiyi kimi, 59 yaşlı çoban növbədən sonra 39 yaşlı həmkarı ilə spirtli içki qəbul edib. Bu zaman kişilər arasında mübahisə yaranıb və bu, münaqişəyə çevrilib. Əsəbiləşən yaşlı çoban bıçağı götürərək digərinin boynuna xəsarət yetirib və o, yerindəcə ölüb.
Daha sonra cinayətkar həmkarının meyitini fermanın ərazisinə aparıb. O, evdə törətdiyi cinayətin qan izlərini yuyub, bıçağı odun sobasına atıb. Öldürülən çobanın meyiti ertəsi gün aşkar edilib.
Daxili İşlər Nazirliyinin yerli hakimiyyət orqanları şübhəli şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) ilə cinayət işi açıb.