Türkiyədə kişi qətliam törədərək intihar edib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Qaziantepin Nizip qəsəbəsində baş verib. Halil Çağlar boşanma ərəfəsində olduqları arvadı Yüksel Çağların yaşadığı evə gedərək onu, qayınları Mehmet və Ahmet Oymakı tapança ilə vuraraq öldürüb. Öz qızı Nimet Çağlar və baldızı Adile Oymakı isə yaralayıb.
Daha sonra hadisə yerini tərk edən cinayətkar polisdən qaçmağı düşünüb. Lakin polisdən qaça bilməyəcəyini görən qatil eyni silahla başına atəş açaraq, intihar edib.
Hazırda araşdırma aparılır.