Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqpozmalara qarşı sentyabr ayı ərazində əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində isə 5 nəfər tutularaq istintaqa təqdim edilib. Onlardan 5 kiloqramdan artıq metamfetamin və marixuana aşkarlanıb.
Əməliyyat yolu ilə 1 nəfərdən “Makarov” markalı tapança aşkarlanıb, profilaktik tədbirlərlə isə vətəndaşlar tərəfindən müvafiq sənədləri olmayan 4 ədəd tüfəng təhvil verilib. Mülki öhdəlikləri yerinə yetirməyən 29 şəxs müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.
14 inzibati icraat üzrə talama hadisələri törədən şəxslər barəsində də tədbirlər görülüb.