Moskva sakini Tver vilayətində koloniyadan qaçıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 41 yaşlı Aleksey Fedorov 2012-ci ildə oğurluq və qanunsuz silah saxlama ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Həbsxanada özünü nümunəvi apardığı üçün Rjevdəki koloniya-qəsəbəyə köçürüldü. Hətta ona şəhərə sərbəst getməyə də icazə verilib.
Oktyabrın 13-də səhər saatlarında Fedorov səhər yoxlaması zamanı qaçıb. Məlumata görə, o, 1 il sonra azadlığa çıxacaqmış.
Hazırda polis həmin şəxsi axtarır.