Bıçaqla qorxudub pulunu əlindən aldı
03 fevral 2024 11:33 (UTC +04:00)

Bıçaqla qorxudub pulunu əlindən aldı

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 1-də gecə saatlarında Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 2500 manat pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Şahbazov müəyyən olunaraq saxlanılıb. 

Ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 3882
avatar

Oxşar yazılar