Rusiyanın Leninqrad vilayətinin Qatçina rayonunda qətl hadisəsi olub.
Lent.az yerli mediayai istinadla bildirir ki, hadisə rayon mərkəzində, Xoxlova küçəsində baş verib.
35 yaşlı kişi polisə zəng edərək bir nəfəri öldürdüyünü bildirib. Ən yaxın dəstələr dərhal hadisə yerinə yola düşüb. Xoxlova küçəsindəki mənzildə onlar dəhlizdə 43 yaşlı qadının qanlar içində olan meyitini görüblər.
Zəng edən kişi ilə söhbət aparılıb. O, mərhumla nikaha imza atmağa hazırlaşdıqlarını, lakin son iki gündür qısqanclıq zəminində mübahisə etdiyini deyib. Bəy içki içdikdən sonra sevgilisini döyüb.Nəticədə huşunu itirən qadın dəhlizdə qalıb. Səhər isə kişi gəlinin xırıltısını eşidib. O, qanı yuyub qadını oyatmaq üçün onu hamama sürükləsə də, artıq gecolub. Sonra həmin adam növbətçi məntəqəyə zəng edib.
Hazırda təqsirləndirilən şəxs həbs edilərək təcridxanaya yerləşdirilib.