Baş İdarədən ƏMƏLİYYAT: iranlıların "satıcı"ları  tutuldu
03 sentyabr 2024 13:08 (UTC +04:00)

Baş İdarədən ƏMƏLİYYAT: iranlıların "satıcı"ları tutuldu

Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən növbəti əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb. 

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. 

E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar