"Bandotdel"dən XÜSUSİ ƏMƏLİYYAT:  silahlılar həbs edildi - VİDEO
23 yanvar 2024 13:06 (UTC +04:00)

"Bandotdel"dən XÜSUSİ ƏMƏLİYYAT: silahlılar həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar həyata keçirib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, nəticədə qanunsuz dövriyyədən 24 kiloqram narkotik vasitə və 4 ədəd odlu silah çıxarılıb. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Murad Baxşızadə, Elşad Camalov, Məmməd Məmmədov və Anar Ərəbov üzərlərində odlu silah gəzdirdikləri üçün saxlanılıblar. Onlardan lüləsi və və qundağı kəsilmiş 4 ədəd tüfəng aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən Abşeron, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Soltan Şiriov, Cavid Əlizadə, tanışı Turan Mustafayev, əvvəllər məhkum olunmuş Fərid Kazımov və Zaur İbrahimov saxlanılıblar. Bu şəxslərdən 19 kiloqram tərkibi psixotrop maddələlər zənginləşdirilən qurudulmuş marixuana və 5 kiloqram heroin aşkar olunub. 

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3873
avatar

Oxşar yazılar