"Bandotdel"dən 3 şəhərdə ƏMƏLİYYAT:  silahlılar saxlanıldı - VİDEO
22 fevral 2023 13:24 (UTC +04:00)

"Bandotdel"dən 3 şəhərdə ƏMƏLİYYAT: silahlılar saxlanıldı - VİDEO

Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda qanunsuz odlu silah-sursat saxlayanlara qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd “Kalaşnikov”  avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat –istintaq tədbirləri davam etdirilir.

# 2811
avatar

Oxşar yazılar