Balakəndə 17 yaşlı oğlan əmisini  qətlə yetirdi - YENİLƏNİB
04 avqust 2023 22:48 (UTC +04:00)

Balakəndə 17 yaşlı oğlan əmisini qətlə yetirdi - YENİLƏNİB

Avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Zalxayev Şahin Əhməd oğlunun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-averilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş. Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Zalxayev Əhməd Məhəmməd oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 17:58

Balakəndə qətl törədilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, avqustun 4-də saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

# 8547
avatar

Oxşar yazılar