Bakının mərkəzində silahlı saxlanıldı
03 fevral 2024 13:10 (UTC +04:00)

Bakının mərkəzində silahlı saxlanıldı

Bakıda silahlı şəxsə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında  keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 56 yaşlı Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

# 3897
avatar

Oxşar yazılar