Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə payaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
23 yaşlı qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla bu əməlin qadının əri tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin İsmayılovu polislər saxlayıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.