Bakının mərkəzində ƏMƏLİYYAT:  iranlının güdazına gedən iki gənc  tutuldu - VİDEO
28 fevral 2025 13:22 (UTC +04:00)

Bakının mərkəzində ƏMƏLİYYAT: iranlının güdazına gedən iki gənc tutuldu - VİDEO

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 20 yaşlı Pərviz Cəfərov və tanışı 22 yaşlı Çingiz Rəhimov saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin və marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar