Oktyabrın 9-u saat 20 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 28 yaşlı Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkar edilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə keçirilən intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 16 yaşlı Aleksandr Serebrennikov və Elman Mənsumovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.