Bakıda yaşlı qadını qarət edən dəstə üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-da rayon ərazisində 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən qrupun digər üzvü, 45 yaşlı S.Əliyeva da müəyyən olunaraq tutulub.
Onun 75 yaşlı digər bir qadına zor tətbiq edərək içərisində pulu və bank kartları olan pulqabısını talaması da məlum olub.