Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar. Onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.