Bakıda quldurluq edən dəstə ələ keçirildi
02 sentyabr 2023 16:52 (UTC +04:00)

Bakıda quldurluq edən dəstə ələ keçirildi

Bakıda quldurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 31-də Binəqədi rayonu ərazisində 1 nəfərin cibindən 1310 manat pulu quldurluq yolu ilə alınıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş O.Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobildə sərnişinləri, əvvəllər məhkum olunmuş R.Sayılov, R.Məmliyev, həmçinin Abşeron rayon sakinləri N.Şirəliyev, M.Məcidov və T.Məcidli ilə birgə müəyyən olunaraq saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862
avatar

Oxşar yazılar