Bakıda qısqanc kişi keçmiş arvadını  bıçaqladı
01 iyul 2023 10:20 (UTC +04:00)

Bakıda qısqanc kişi keçmiş arvadını bıçaqladı

Bakıda keçmiş ər arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə iyunun 28-də gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən Akkord yaşayış kompleksindəki mənzillərdən birində baş verib.

Burada 40 yaşlı Hüseynov Alqayıt Məhərrəm oğlu qısqanclıq zəminində onunla birgə yaşayan keçmiş həyat yoldaşı 32 yaşlı Hümbətova Tünzalə Müsafəddin qızına bıçaq xəsarəti yetirib. Zərərçəkən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hadisəni törədən A. Hüseynov saxlanılaraq istitnaqa təhvil verilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

# 2193
avatar

Mehman Nəbiyev

Oxşar yazılar