Bakıda qadınların çantasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 19-da Nizami rayonu ərazisində bir qadının çantasından 200 manat və 200 ABŞ dolları oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Kazımovun müxtəlif vaxtlarda daha bir qadının çantasından 700 manatını, bir nəfərin isə içərisində sənəd və bank kartları olan pulqabısını oğurlaması da müəyyən edilib.