Bakıda qadın qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.