Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 48 yaşlı Zaur Zəkiyev, 34 yaşlı Nahid Əzizov və əvvəllər məhkum olunmuş 34 yaşlı Rövşən Vəliyev saxlanılıblar.
Zaur Zəkiyevdən 7 kiloqram heroin, marixuana və kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu, Nahid Əzizovdan 2 kiloqram heroin, 1 ədəd elektron tərəzi, Rövşən Vəliyevdən isə 200 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılanlar narkotikləri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.
Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.