Bakıda mühafizəçiyə bıçaq çəkib mağazanı soydular
12 oktyabr 2024 14:44 (UTC +04:00)

Bakıda mühafizəçiyə bıçaq çəkib mağazanı soydular

Oktyabrın 10-da axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən mağazaların birində mühafizəçinin kəsici alətlə hədələnərək oradan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Zalov müəyyən olunaraq saxlanılıb.

Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar