Bakıda modelyerin atasını öldürənlərdən YENİ XƏBƏR
10 oktyabr 2023 14:33 (UTC +04:00)

Bakıda modelyerin atasını öldürənlərdən YENİ XƏBƏR

Qəsdən adam öldürməkdə ittiham olunan 68 yaşlı Mustafa Zeynalov və 39 yaşlı Namiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın xəbərinə görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qətl hadisəsi bu il aprelin 6-da paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. 

Həmçinin K.Bəkirovun üzərindəki 300 min manatla itkin düşməsi barədə həmin gün polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə K.Bəkirovun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, qətlə yetirilən K.Bəkirov rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5670
avatar

Fidan İlqar

Oxşar yazılar