Bakıda modelyerin atasını keçmiş polis öldürübmüş - MƏHKƏMƏ
02 noyabr 2023 15:49 (UTC +04:00)

Bakıda modelyerin atasını keçmiş polis öldürübmüş - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət tərəfindən təyin edilən vəkillərin proses üzrə fəaliyyətinə xitam verilib. 

Buna səbəb ötən prosesdə təqsirləndirilən şəxslərin dövlət tərəfindən verilən vəkillərə imtina etməsi olub. Onların fərdi vəkillərinin məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi üçün hakimlər müşavirəyə yollanıb. 

Elə bu zaman zalda tərəflər arasında münaqişə düşüb. 

Zərərçəkmiş şəxs Elnarə Bəkirova təqsirləndirilən şəxslərin günbəgün cəza çəkəcəklərini deyib:

“Sizi orda çürüdəcəm. 20 il həbsdə qalacaqsınız. Günbəgün çəkəcəksiniz cəzanızı. Atamın başına sən idin vuran? Siz orda öləcəksiniz. Şərəfsizlər. Sizin uşaqlarınızı gözünüzün qabağında öldürəcəklər”.

Müşavirənin nəticəsi ilə prosesin məhkəmə baxışı noyabrın 6-da davam etdiriləcək.

Anket məlumatlarında təqsirləndirilən şəxs Mustafa Zeynalovun əvvəllər polis orqanlarında müstəntiq vəzifəsində çalışdığı qeyd olunub. O, çalışdığı müddətdə hüquq-mühafizə orqanlarında törətdiyi cinayətə görə 5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, amansızlıqla qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Hadisə bu ilin aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində qeydə alınıb. 

Belə ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqda məlum olub ki, Mustafa Zeynalov və qohumu Namiq Əliyevlə əlbir olaraq üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5847
avatar

Fidan İlqar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45