Bakıda satıcı qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birində satıcının 1500 manat pulu və mobil telefonu oğurlanıb.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsmayılov saxlanılıb.
Araşdırma aparılır.