Bakıda keçmiş məhkum 20 kilodan çox   narkotiklə tutuldu
05 oktyabr 2023 16:16 (UTC +04:00)

Bakıda keçmiş məhkum 20 kilodan çox narkotiklə tutuldu

Bakıda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E. Hüseynov saxlanılıb.

Ondan 20 kiloqram 40 qramdan artıq marixuana, 11 qramdan çox heroin, 7,4 qram metamfetamin, metadon və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Oxşar yazılar