Bakıda kafeyə BASQIN:  dəmiri başına çırpıb qarət etdi
24 yanvar 2025 12:36 (UTC +04:00)

Bakıda kafeyə BASQIN: dəmiri başına çırpıb qarət etdi

Bakıda kafeyə basqın olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində baş verib. Kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Oxşar yazılar