Bakıda gənclər bir-birini  bıçaqladı - YENİLƏNİB
16 oktyabr 2024 10:26 (UTC +04:00)

Bakıda gənclər bir-birini bıçaqladı - YENİLƏNİB

Bakıda iki nəfər bir-birini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, hadisə oktyabrın 14-də saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib. 26 yaşlı Emil Kazımlının və 28 yaşlı Vasif Məmmədovun aralarında yaranmış münaqişə zəminində bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmələri, nəticə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.

***
02:34

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Kazımlı Emil Emin oğlu dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4746
avatar

Mehman Nəbiyev

Oxşar yazılar