Bakıda gənc oğlanı BIÇAQLADILAR -YENİLƏNİB
13 oktyabr 2024 21:29 (UTC +04:00)

Bakıda gənc oğlanı BIÇAQLADILAR-YENİLƏNİB

Oktyabrın 12-də axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində  M.Kərimovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Lent.az bildirir ki, bu barədə APA-ya Daxili İşlər Naziliyinin mətbuat midmətindən məlumat verilib. 

Hadisə ilə bağlı təhqiqat araşdırması başlanılıb.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görür.

***

21:02

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

20 yaşlı Kərimov Məhəmməd Rövşən oğlunu naməlum şəxs bıçaqlayıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparıır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar