Bakıda gənc oğlan 2 nəfəri  kafenin qarşısında bıçaqladı
26 iyul 2024 09:22 (UTC +04:00)

Bakıda gənc oğlan 2 nəfəri kafenin qarşısında bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 34 yaşlı Alışov Pərviz Ağaverdi oğlu və 25 yaşlı Mirzəyev Elcan Şahüseyn oğlu bıçaq xəsarətləri alaraq, Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Hadisə onların yaşadıqları evin yaxınlığındakı kafenin qarşısında qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 22 yaşlı İmanov Pənah Xanad oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Mehman Nəbiyev

Oxşar yazılar