Bakıda evə basqın olub.
Lent.az xəbər verir ki, hadisə gecə saat 01:53-də Nəsimi rayonu, İlqar ismayılov küçəsində qeydə alınıb. Naməlum şəxs həmin küçədə kirayəyə yaşayan Məmmədova Səliqə Əli qızının evinə daxil olaraq, qışqırmaması üçün ağzını tutub, 100 manat pulunu və təqaüd kartını götürərək gedib.
Bu barədə zərərçəkmiş qadın polisə müraciətində bildirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.